Barselona, 24.02.2022

Komandalar ilk gün yaranmış problemləri aradan qaldıraraq daha səmərəli işləməyə səy göstəriblər, buna görə də bir çoxları boksları gec tərk edib. Fərqli gövdə versiyaları ilə mümkün qədər çox məsafə qət edərək çox məlumat toplamaq vacibdir.

F-1.az bildirir ki, ümumi problemlərdən biri maşınlarda vertikal əsmələr olub. Simulyatorda meydana çıxmadığı üçün belə bir effekt gözlənilməz olub. Komandalar 90-cı illərdə də oxşar problemlə üzləşib. Yüksək sürətdə “qraund-effekt” maşını asfalta sıxır, toxunma baş verdikdə isə asfaltayatma qüvvəsi dərhal azalır və maşın yırğalanmağa başlayır. Bu problem demək olar ki. hamıda özünü göstərib və həll yollarını gözləyir. Hər kəs yüksək sürət zamanı bu hadisənin baş verməsinin təhlükəli olmasında həmfikirdir.

Gün əksəriyyəti üçün məhsuldar alınıb – uzun məsafələr qət etmək və çox sayda məlumat toplamaq mümkün olub. Dünən qırmızı bayraqlar yox idisə də, bu gün 2 dəfə olub. Nahardan əvvəl Peres ötürmələr qutusundakı problemə görə trasda dayanmalı olub, sonra isə Mazepinin yanacaq nasosu sıradan çıxıb. Haas dünən də oxşar nasazlıq ilə üzləşib.

Formula1-də ilk çinli sürücü olan Quanyu Çjou ilk dəfə rəsmi sessiyada iştirak edib. Sürücülər gün ərzində daha çox C2 və C3 tərkiblərinə üstünlük veriblər və heç kim sıralanma rejimində sürməyib. Sensorlarından birində nasazlıq olduğu üçün proqramı məhdudlaşdırılan Həmilton ən pis nəticəni göstərib. İkinci günün ən yaxşı dövrəsini 1:19.689-luq nəticə ilə Şarl Lekler vurub. Ən çox məsafə qət edən sürücü isə Pyer Qasli olub – 147 dövrə. Ferrari isə ümumilikdə 150 dövrə ilə bu baxımdan komandalar arasında bu günü də lider kimi başa vurub.

Sabah Barselona testlərinin son günüdür…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə Təkər
1 16 Şarl Lekler Ferrari 1:19.689 C3 79
2 10 Pyer Qasli AlphaTauri 1:19.918 + 0.00.229 C4 147
3 3 Daniel Rikkardo McLaren 1:20.288 + 0.00.599 C4 126
4 63 Corc Rassell Mercedes AMG 1:20.537 + 0.00.848 С3 66
5 55 Karlos Sayns Ferrari 1:20.546 + 0.00.857 C3 71
6 5 Sebastyan Fettel Aston Martin 1:20.784 + 0.01.095 C3 74
7 11 Serxio Peres Red Bull 1:21.430 + 0.01.741 C2 78
8 9 Nikita Mazepin Haas 1:21.512 + 0.01.823 C3 42
9 23 Aleksander Elbon Williams 1:21.531 + 0.01.842 C3 47
10 24 Quanyu Çjou Alfa Romeo 1:21.885 + 0.02.196 C3 71
11 6 Nikolas Latifi Williams 1:21.894 + 0.02.205 C3 61
12 18 Ləns Stroll Aston Martin 1:21.920 + 0.02.231 C2 55
13 47 Mik Şumaxer Haas 1:21.949 + 0.02.260 C3 66
14 31 Esteban Okon Alpine 1:22.164 + 0.02.475 C3 125
15 77 Valtteri Bottas Alfa Romeo 1:22.288 + 0.02.599 C3 21
16 44 Lyuis Həmilton Mercedes AMG 1:22.562 + 0.02873 C2 40
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*