Patron Tequila Red Bull-un yeni əməkdaşıdır

Patron Tequila brendi ilə tekila istehsal edən Bacardi şirkəti Red Bull komandasının rəsmi qlobal alkoqol tərəfdaşı statusunu alıb.

F-1.az xəbər verir ki, əməkdaşlıq çərçivəsində şirkətin məhsulları qonaqlara qonaqlara təklif olunacaq.

Kristian Horner: “Biz Bacardi brendlərini Red Bull Racing ailəsində salamlamaqdan məmnunuq. Şirkət ideaları və dünyagörüşləri bizimlə sıx bağlı olan çoxlu sayda brendləri təmsil edir.

Bacardi uğurun sinonimidir və bir çox cəhətdən bizim komandaya bənzəyir. Patron dünyanın bir nömrəli tekilasıdır və biz dünyanın bir nömrəli yarış komandasıyıq. Bu, çox maraqlı vaxtdır və biz gözəl gələcəyə ümid edirik, çünki bu tərəfdaşlıq Red Bull üçün yeni əməkdaşlıq erasını açır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*