M.Ferstappen: Vahid dövrədə güclənməliyik

Red Bull komandasının sürücüsü Maks Ferstappen yarış tempində güclənməli olduqlarını düşünür.

F-1.az xatırladır ki, niderlandlı sürücü cümə sərbəst yürüşlərində beşinci olub. Son çempion vahid dövrədə zəif görünsə də, yarış tempində hamıya köks ötdürüb.

Maks Ferstappen: “Bu istidə yaxşı balans tapmaq çətin idi. Bu Bu hal təkərlrin işini daha da çətinləşdirir. İstədiyimiz kimi balans tapa bilməmişik. Lakin bəxtimiz gətirir ki, həftəsonu ərzində hava dəyişməycək. Buna görə də sazlanma tapmaq asan olacaq.

Vahid dövrədə tempimiz zəifdir. Lakin yarış tempi yaxşı görünür. Bundan razıyam. İndi sazlanma tapmalıyıq. Neçənci yerdə olduğumuzu bilirəm. Buna görə də vahid dövrədə güclənməliyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*