M.Ferstappen: Mercedes əlçatmazdır

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, hava isti olsa belə poul mümkünsüz idi.

F-1.az xatırladır ki, hollandiyalı sürücü 35 dərəcə isti havada keçirilən birinci sərbəst yürüşlərdə protokollara başçılıq etmişdi. Ancaq bu gün hava bir az sərinlənən kimi Mercedes sürücülərindən 1 saniyə geri qalıb və üçüncü yeri tutub.

Maks Ferstappen: “Hava isti olsaydı belə onlardan geri qalardıq. İsti hava o qədər də böyük fərq yarada bilməzdi. Bu gün havanın 35 dərəcə olsa belə, yenə üçüncü olardım. Kömək edərdi, lakin fərq qapanmazdı.

Bu fərqə təəccüblənmədim. Biz hələ də bolidi öyrənməyə çalışırıq. Amma sıralanma performansımız yaxşıdır və həmişə üçüncü olurdum. Əlimdən başqa heç nə gəlmir. Üçüncü yer hazırda bizim üçün idealdır. Sabah yaxşı start alıb əlimdən gələni edəcəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*