Ştiriya-2020: İkinci sərbəst yürüşlər

İkinci məşqlər bu həftəsonunun ən isti havada baş tutmuş sessiyası hesab oluna bilər - sabaha yağış proqnozlaşdırılır, bazar günü isə temperatur +20 dərəcədən bir qədər yüksək olmalıdır.

F-1.az xatırladır ki, keçən yarışda bir çoxları mühərriyin və əyləclərin həddən artıq qızmasından şikayət etmişdi. Bu sessiyadakı isti hava şəraiti komandaların həmin problemləri görməsinə və aradan qaldırmasına imkan yaradıb. Qeyd edək ki, gələn həftəsonu Macarıstanda da bənzər hava şəraiti gözlənilir.

Sürücülərin əksəriyyəti sessiyaya Medium və Hard təkərlərlə ardıcıl dövrələr vuraraq başlayıblar, lakin bir qədər sonra bokslara qayıdıblar. Rikkardo startdan 19 dəqiqə sonra 9-cu döngədə qəza edib. Avstraliyalı sürücü maşını səndələyərək tərk edib. O, müayinə üçün tibbi mərkəzə göndərilib və baxışdan sonra buraxılıb. Maşının təxliyəsinə 10 dəqiqə lazım olub və sürücülər proqramları üzrə işləməyə davam ediblər.

Elbon 39-cu dəqiqədə pit yolundan çıxdıqdan sonra üçüncü döngədə dayanıb, lakin sonra yoluna davam edib. Gəns sürücü bir də sona 10 dəqiqə qalmış 7-ci döngədə asfaltdan çıxıb və boksa qayıdıb.

Həmilton, Ferstappen, Fettel, Stroll və Elbonun nəticələri 9-cu və 10-cu döngələrdə trasdan tam çıxdılqarı üçün ləğv edilib.

Protokollara bu dəfə 1:03.660-lıq nəticə ilə Maks Ferstappen başçılıq edib. Bu həftəsonu üçün sonuncu məşqlər sabah 14:00-da baş tutacaq.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:03.660 27
2 77 Valtteri Bottas Mercedes AMG 1:03.703 0.043 36
3 11 Serxio Peres Racing Point 1:03.877 0.217 43
4 18 Ləns Stroll Racing Point 1:04.241 0.581 43
5 55 Karlos Sayns McLaren 1:04.333 0.673 44
6 44 Lyuis Həmilton Mercedes AMG 1:04.348 0.688 26
7 23 Aleksander Elbon Red Bull 1:04.437 0.777 28
8 4 Lando Norris McLaren 1:04.541 0.881 31
9 16 Şarl Lekler Ferrari 1:04.706 1.046 34
10 31 Esteban Okon Renault 1:04.746 1.086 32
11 10 Pyer Qasli AlphaTauri 1:04.757 1.097 36
12 26 Daniil Kvyat AlphaTauri 1:05.050 1.390 34
13 7 Kimi Rəykkönen Alfa Romeo 1:05.152 1.492 23
14 36 Antonio Covinatsi Alfa Romeo 1:05.365 1.705 36
15 63 Corc Rassell Williams 1:05.588 1.928 33
16 5 Sebastyan Fettel Ferrari 1:05.613 1.953 39
17 6 Nikolas Latifi Williams 1:05.655 1.995 48
18 20 Kevin Maqnussen Haas 1:05.790 2.130 36
19 8 Roman Qrojan Haas 1:06.096 2.436 37
20 3 Daniel Rikkardo Renault 2
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*