M.Ferstappen: Burada stilinizi dəyişməlisiniz

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, vahid dövrədə güclü olmasalar da, Monakoda stillərini dəyişə bilərlər.

F-1.az xatırladır ki. “qırmızı öküzlər” bu il mövsümün ilk 3 yarışından poul qazansalar da, Bakıda onların seriyası Lekler tərəfindən qırılmışdı. Monako trası da yavaş döngələrinə görə Bakını xatırladır. LAkin Monte Karloda Bakıdan fərqli olaraq ötmə etmək çox çətindir.

Maks Ferstappen: “Məncə, daha çətin olacaq. Komandaların bir-birlərinə yaxın olması gözlənilir. Ancaq hələ də yaxşı maşınımız var və ondan maksimum formada faydalanmağa çalışırıq. Vahid dövrə ən yaxşı tərəfimiz deyil, ancaq yenə də bu il bir neçə poul qazanmışıq və buna görə də hər şey mümkündür. Ancaq Monakoda həmişə sürprizlər ola bilər.

Problem sadəcə maşında yox, trasın quruluşundadır. Döngələr o qədər dar, o qədər yavaşdır ki, bəzən normal traslara nisbətən maşın fərqli davranır və sürüş stilinizi dəyişdirməlisiniz. Bəzən maşınınız belə şəraitdə əla işləyər, ancaq bəzən də ideal olmaya bilər.

Trasların əksəriyyətində sürətli maşın istəyərəm. Bu hal Monako üçün ideal olmasa da, problem yoxdur. Bu yarışdan yaxşı nəticə qazanmaq istəyirik. Əlbəttə qələbə istəyirəm, amma alınmada, sadəcə xalları qazanacam”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*