H.Marko təqaüdə çıxmaq istəmir

F-1.az xəbər verir ki, Red Bull-un məsləhətçisi Helmut Markonun aprel ayında 79 yaşı tamam olub. Bu yaşda bir çox adam təqaüdə çıxaraq istirahət etsə də, Helmut işini davam etdirmək fikrindədir.

Helmut Marko: “İşimə davam etmək ehtirasımdan irəli gəlir – avtoyarışların pərəstişkarıyam, idmanı və qalib gəlməyi sevirəm.Fəaliyyətim məni stressə salmır. Özümü yaxşı hiss edirəm və işdər çıxarılana qədər davam edcəyəm”.

Mütəxəssis 2021-ci ildə Maks Ferstappenin titulunun onun karyerasının zirvəsi olub-olmaması barədə suala belə cavab verib: “Bəli, Mercedes-in 2014-cü ildən olan dominantlığına son qoya bildik. Bu illər ərzində bir çox çətinliklərlə üzləşmişik. Honda rəqabətədavamlı mühərrik yaratmaq üçün çox səy göstərdi və sonda biz gənc sürücülər proqramımızın üzvü olan şəxslə titul qazandıq. Maks yeddiqat dünya çempionunu üstələyib. Təbii ki, bu ən böyük an idi”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*