K.Sayns özünü McLaren-də müstəqil hiss edir

McLaren komandasının sürücüsü Karlos Sayns bildirib ki, Britaniya komandasına keçdikdən sonra müstəqil olub.

F-1.az xatırladır ki, ispaniyalı sürücü karyerasının əvvəlindən Red Bull şirkətinə aid idi. Keçən il icarə əsasında Renault komandasında çıxış edən 25 yaşlı sürücü bu il Red Bull şirkətindən ayrılaraq McLaren-ə keçib və idealı olan Fernando Alonsonun yerini alıb.

Karlos Sayns: “Red Bull şirkətinə minnətdaram. Onlar olmasaydı, bu gün Formula1 sürücüsü ola bilməzdim. Lakin karyeramda yeni dövr başlayır. Öz karyeramı özüm idarə edəcəm və müstəqiləm. İndi ikiillik müqaviləm var və bu, həyatımda ilkdir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*