Kanada-2022: İkinci sərbəst yürüşlər

Əvvəldən bu sessiya üçün yağış vəd edilsə də, quru trasda baş tutub, ilk damcılar sessiya başa çatdıqdan sonra düşüb. Komandalar sazlanmalar və təkərlər üzərində, eyni zamanda ardıcıl və tək dövrələr üzərində kifayət qədər işləyə biliblər.

F-1.az bildirir ki, Mercedes sürücüləri trasa gec çıxıblar – mexaniklər maşınları əvvəlki altlıqlara qaytarıb və sazlanmaları dəyişiblər. Bottas bir dövrə tamamlandıqdan sonra maşın daha aşağı ötürmələrə keçmədiyi üçün boksa qayıtmalı olub. Bir müddət sonra yenidən trasa çıxsa da, problem aradan qalxmayıb və finlandiyalı sürücü üçün cümə məşqləri başa çatıb.

Fettel pit yolunda Maqnussen keçərkən buraxılıb və stüardlar məsələni daha sonra araşdıracaqlar. Sayns trasdan tam çıxsa da, geri qayıda bilib. Trasın kələ-kötür olması hissiyatın artdığı yeni maşınlarda sürücüləri daha çox narahat edib. Əksər sürücülər əylənmədə səhvə yol verib, birinci və doqquzuncu döngələri kəsiblər. Qasli, Fettel və Stroll 14-cü döngəni kəsiblər. Trasa pivə qabı düşdüyü üçün 23-cü dəqiqədə VTM rejimi elan edilib.

Protokollara yenə Maks Ferstappen başçılıq edib – 1:14.127. Məşqlər sabah davam edəcək.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 1 Maks Ferstappen Red Bull 1:14.127 33
2 16 Şarl Lekler Ferrari 1:14.208 + 0:00.081 32
3 55 Karlos Sayns Ferrari 1:14.352 + 0:00.225 32
4 5 Sebastyan Fettel Aston Martin 1:14.442 + 0:00.315 35
5 14 Fernando Alonso Alpine 1:14.543 + 0:00.416 24
6 10 Pyer Qasli AlphaTauri 1:14.879 + 0:00.752 34
7 63 Corc Rassell Mercedes 1:14.971 + 0:00.844 31
8 4 Lando Norris McLaren 1:14.987 + 0:00.860 30
9 3 Daniel Rikkardo McLaren 1:15.033 + 0:00.906 31
10 31 Esteban Okon Alpine 1:15.119 + 0:00.992 32
11 11 Serxio Peres Red Bull 1:15.167 + 0:01.040 29
12 18 Ləns Stroll Aston Martin 1:15.396 + 0:01.269 34
13 44 Lyuis Həmilton Mercedes 1:15.421 + 0:01.294 24
14 20 Kevin Maqnussen Haas 1:15.499 + 0:01.372 34
15 47 Mik Şumaxer Haas 1:15.516 + 0:01.389 35
16 24 Quanyu Çjou Alfa Romeo 1:15.526 + 0:01.399 31
17 22 Yuki Tsunoda AlphaTauri 1:15.567 + 0:01.440 37
18 23 Aleksander Elbon Williams 1:16.171 + 0:02.044 30
19 6 Nikolas Latifi Williams 1:16.509 + 0:02.382 27
20 77 Valtteri Bittas Alfa Romeo 3
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*