L.Stroll: Maşını hazırlamaq çətin olacaq

Aston Martin komandasının sürücüsü Ləns Stroll doğma vətənində yaxşı nəticə göstərmək istəyir.

F-1.az xatırladır ki, kanadalı sürücü bu il komanda yoldaşı Sebastyan Fettelin performansına cavab verməkdə çətinlik çəkir.

Ləns Stroll: “Doğma publikam önündə və doğma trasımda yarışmaq üçün səbirsizlənirəm. Son illərdə Montreala gedə bilmirdik və bu hal məyusedici idi. Uzun illərdir orada yarışmadığımız üçün bolidi hazırlamaq çətin olacaq. Komanda bu il inkişaf edib. Ümid edirəm ki, yaxşı nəticə qazanarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*