S.Fettel: Qəribə hiss edirəm

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, özünü qəribə hiss edir.

F-1.az xatırladır ki, dördqat Dünya Çempionu Əbu Dabidə son yarışa çıxır. O, karyerası ərzində 298 yarışa çıxıb və bunların 53-də qələbə qazanıb.

Sebastyan Fettel: “Sözün açığı, bu cümə günü də digərlərinə bənzəyirdi. Tras gün keçdikcə sürətləndi və şəraitə uyğunlaşmağa çalışdıq. Əksər şeyləri onsuz da bilirdim və tanış gəlirdilər. Amma bunun son cümə sessiyalarımın olması qəribə hiss etdirir.

Mənim üçün boldövrəli və faydalı gün idi. Görək nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*