24 Avqust 2019, Şənbə - 13:05

Racing Point yeni rəng çalarını təqdim edib

Racing Point yeni rəng çalarını təqdim edib

Müəllif: Rauf Hacıyev, redaktor

19:34 - 13 Fevral, 2019

Racing Point komandası 2019-cu ildə istifadə edəcəyi rəng çalarlarını və yeni titul sponsoru olan SportPesa-nı təqdim edib.

F-1.az xatırladır ki, Force İndia komandası keçən mövsümün ortasında Lourens Strollun rəhbərlik etdiyi konsersium tərəfindən satın alınmış və adı Racing Point olaraq dəyişdirilmişdi. Yeni mövsümdə komandanın rəhbəri Otmar Safnauer, sürücüləri isə Serxio Peres və Ləns Stroll olacaq.

Komanda yeni rəng çalarını Torontoda təqdim edib. Racing Point gözlənildiyi kimi SportPesa ilə titul sponsoru müqaviləsi bağlayıb. Bundan başqa artıq İngiltərə lisenziyası ilə yarışacaq olan komanda BWT ilə də tərəfdaşlığı davam etdirib. Buna görə də komandanın çəhrayı rəngi qorunub, amma SportPesa-ya görə bolidin müxtəlif yerlərində mavi rəngdən istifadə edilib. Komandanın yeni adı isə SportPesa Racing Point F1 Team olacaq.

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 166
Teqlər
Paylaş

logo