Binotto ilə maraqlanan komandalar var

Bu iddia ilə Formu1a.uno nəşri çıxış edib. Onların dediyinə görə, dörd F1 komandası italyan mütəxəssisin xidmətlərində maraqlıdır.

F-1.az sözügedən nəşrə istinadən xəbər verir ki, onların arasında Alpine, Aston Martin və bir top-komanda da var.

Qeyd edək ki, son vaxtlar gün ərzində Binottonun Ferrari-dən göndəriləcəyi barədə saysız-hesabsız xəbərlər yazılır. Buna səbəb kimi, Mattianın artıq Con Elkannın inamını itirməsi göstərilir. Onun yerinə namizədlər arasında Benedetto Vinya, Frederik Vasyör və bəzi digər mütəxəssislərin olduğu bildirilir. Hətta yayılan məlumatlar görə, Formula1-in idman direktoru, əvvəllər komandada çalışmış Ross Braun da Binottonun yerini tuta bilər.

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*