Monakoda sprint formatlı mərhələ keçirməyi planlaşdırırlar

Bu həftə Formula1-də 2027-ci il mövsümünün təqvimini təqdim etməyi planlaşdırırlar. Formula1-in prezidenti və icraçı direktoru Stefano Domenikali dəfələrlə deyib ki, növbəti mövsümdə sprint keçiriləcək mərhələlərin sayı hazırkı altıdan artacaq, lakin onların sayı mövsümün yarısından az olacaq.

GPBlog-un öyrəndiyinə görə, belə mərhələlərdən birinin Monakodakı klassik şəhər trasında keçirilməsi planlaşdırılır. Bu halda, Monako Qran Prisinin cədvəlində ciddi dəyişikliklər olacaq – cümə günü sürücülər yeganə sərbəst yürüşü və sprintin sıralanma turunu keçirib, şənbə günü səhər sprinti, günortadan sonra isə bazar günü günorta həmişəki kimi start alacaq əsas yarışın sıralanma turunu keçirəcəklər.

Ümumilikdə, 2027-ci ildə sprint formatında on Qran Prinin keçirilməsi planlaşdırılıb. Monako ilə yanaşı, bunlar Bəhreyn, Avstraliya, Yaponiya, Kanada, Böyük Britaniya, İtaliya, Braziliya, Qətər və Əbu Dabi mərhələləri olacaq.

İndi yalnız Formula1 və FİA-dan rəsmi təsdiqi gözləmək qalır.

, ,