Q.Çjou: Bolidin hissiyatı itdi

Alfa Romeo komandasının sürücüsü Quanyu Çjou bildirib ki, ikinciyi sessiyaya çıxmağı gözləyirmiş.

F-1.az xatırladır ki, çinli sürücü Monakodakı sıralanma turunda 19-cu yeri tutub. Komanda buraya yeniliklərlə gəlmişdi. Bundan başqa Valtteri Bottas ikinci sessiyaya qalıb və 15-ci olub.

Quanyu Çjou: “Üçüncü sərbəst yürüşlərdəki performansımıza görə sıralanma turunda ikinci sessiyaya qalmağa inanırdım. Hətta, kiçik bir addımla son sessiya da mümkün ola bilərdi. Ancaq sıralanma turu çox çətin keçdi. Birinci sessiyada pozitiv hissiyyat yox oldu. Tras sürətləndikcə əlavə ilişmə tapa bilmədim. Çox sürüşürdüm və son cəhdimdə yaxşı olsam da, bu qədər yaxın olan peletonda ikinci sessiyaya qalmaq üçün yetərli olmadı. Arxadan başlamaq işimizi çətinləşdirəcək, amma trasda komanda və azarkeşlər üçün əlimizdən gələni edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*