S.Fettel: “Hər yerdə zəifik”

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, trasın hər yerində Mercedes-dən zəifdirlər.

F-1.az xatırladır ki, almaniyalı sürücü Monakodakı ilk günü lider Həmiltonun 0.7 saniyə gerisində bağlayıb.

Sebastyan Fettel: “Çox şey tam işləmir. Yəni faydası yoxdur. Mercedes-ə qarşı tempimiz yoxdur. Təkərləri işlədə bilmirəm. İşimiz çətindir. Hər cəhətdən bir az geridə qalırıq. Bolidin necə işlədiyini bilmək istəyirik. Amma şənbə günü hər şey daha yaxşı ola bilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*