Red Bull Racing komandası heyətini saxlamağı planlaşdırır

Red Bull Racing rəhbəri Loran Mekis De Telegraaf-a verdiyi müsahibədə komandanın yüksək ehtimalla Ayzek Həcəri gələn mövsüm də saxlayacağına işarə edib.

Loran Mekis: “Bu, yaxşı xəbərdir: uzun müddətdən sonra komandamızda ilk dəfə güclü ikinci pilot peyda olub.

Bu, mövsümün əvvəlində qoyduğumuz tapşırıqlardan biri idi. Ayzek sabit çıxış edir, komanda və Maksdan çox şey öyrənib. Bu həm də Maks üçün xoş xəbərdir – hər iki sürücünün nəticələri xeyli yaxınlaşıb.

Gələcək barədə hələ danışmamışıq, amma hamı görür ki, Ayzek öz işini əla yerinə yetirir. Buna görə də biz məntiqli qərar verəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*