20 Avqust 2019, Çərşənbə axşamı - 16:56

S.Abitebul: “Renault mühərriyi daha da inkişaf edəcək”

S.Abitebul: “Renault mühərriyi daha da inkişaf edəcək”

Müəllif: Rauf Hacıyev, redaktor

06:39 - 20 May, 2016

Renault komandasının rəhbəri Siril Abitebul bildirib ki, Renault mühərriyinin 2014-cü ildən sonra ilk qələbəsini qazanması onları ruhlandırıb və mühərrik daha da inkişaf edəcək.

F-1.az xatırladır ki, Renault mühərriyindən istifadə edən Red Bull komandası İspaniya QP-də Maks Ferstappen ilə qalib gəldi. Xatırladaq ki, Renault və Red Bull arasındakı münasibətlər keçən il pisləşmişdi. Amma bu il Renault-nun performansının artması iki şirkət arasındakı münasibətləri yaxşılaşdırdı.

Abitebul bildirib ki, Red Bull-un qələbəsi onlara müsbət təsir edib: “Rəsmi olaraq, marketinq və komunikasiya tərəfdən heç bir inkişaf yoxdur, Ancaq bu zavodda işləyən 400 nəfər üçün yaxşı xəbərdir və onlar, buna görə şad olacaqlar.

Bizdən şübhələnənlərə göstərdik ki, çox işləyəndə yaxşı nəticə almaq mümkündür.

Gənc hollandiyalının podiumda olması sadəcə başlanğıcdır, çünki Red Bull üçün daha güclü mühərrik gələcək”.

Abitebul Renault-nun yeniliklərini dəyərləndirib: “Yenidən yüksələcəyik. İşləmə rejimimizdə dəyişiklik etməliyik, amma son 18 ayda çox şey oldu və indi onların nəticəsini alırıq.

Heyif ki, Formula1-də bəzi şeylərin dəyişməsi üçün vaxt lazımdır.

Keçən il performans qazanmaq üçün səbirsizləndik, amma o vaxtı bizdə dəyişiklik davam edirdi.

Heyif ki, o dəyişikliklərin nəticəsini görmək üçün bir il gözləməli idik, ancaq indi nəticəsini görürük. Amma bu işin içində olanlar üçün əla xəbərdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 359
Teqlər , , ,
Paylaş

logo