O.Roulənd F1 bolidi sürəcək

Hazırda Formula2-də yarışan və turnir cədvəlində 3-cü olan Oliver Roulənd Assendə Gamma Racing Days tədbirində F1 bolidi sürəcək/

F-1.az xəbər verir ki, britaniyalı sürücü Lotus-un 2012-ci il bolidi E20-nin sükanı arxasına oturacaq. Qeyd edək ki, 25 yaşlı sürücü bu il Monakoda qalib gəlmişdi. Roulənd Hollandiyadakı tədbrirdə Niko Hülkenberqlə birlikdə iştirak edəcək.

Oliver Roulənd: “Hollandiyada 100 min nəfərin önündə F1 bolidi sürmək həyəcanvericidir. Formula1-də yarışmaq xəyalımı reallaşdırmaq üçün doğru addım atdığımı düşünürəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*