Yaponiya-2017: DHL Fastest Pit Stop Award

Artıq üçüncü ildir ki, Formula1-də mövsüm ərzində daha çox sürətli pit-stoplara görə fərqlənən komanda müəyyən olunur. Yekunda isə həmin komandaya Formula1-in rəsmi tərəfdaşlarından biri olan DHL-in təsis etdiyi DHL Fastest Pit Stop Award mükafatı verilir.

F-1.az mükafatın rəsmi Twitter səhifəsinə istinadən bildirir ki, Red Bull komandası ikinci yarış ardıcıl Maks Ferstappenin maşınına ən sürətli xidməti reallaşdırıb. Komandanın mexanikləri Suzukada hollandiyalı sürücünün maşınında təkərləri 2.29 saniyəyə dəyişiblər. Rikkardonun pit-stopu ilk onluğa düşmədiyi üçün ümumi komanda hesabında Mercedes sürücüləri fərqləniblər. Ona görə də 16 yarışdan sonra almanların üstünlüyü bir qədər də artıb.

Ferrari komandası bu dəfə xal qazana bilməyib – Fettel pit-stopsuz mübarizəni dayandırıb, Rəykkönenin mexanikləri isə bir qədər ləng tərpəniblər.

Komanda Avstraliya Çin Bəhreyn Rusiya İsaniya Monako Kanada Azərbaycan Avstriya Britaniya Macarıstan Belçika İtaliya Sinqapur Malayziya Yaponiya ABŞ Meksika Braziliya Əbu Dabi Cəmi
1. Mercedes 26 1 8 20 40 33 30 12 15 33 12 29 43 43 3 30 378
2. Williams 40 25 31 25 12 12 25 0 43 31 43 12 0 12 23 19 353
3. Red Bull 6 27 19 25 18 25 8 18 10 22 0 1 21 15 29 25 269
4. Ferrari 11 20 10 1 6 1 16 25 14 1 14 21 8 0 18 0 166
5. Force İndia 6 12 30 4 1 4 17 27 0 0 0 2 4 12 18 6 143
6. Toro Rosso 12 10 1 20 20 10 0 1 12 0 23 18 1 1 0 0 129
7. Haas 0 6 0 0 4 8 0 12 4 10 6 18 22 18 10 11 129
8. McLaren 0 0 2 6 0 8 5 6 2 4 1 0 0 0 0 8 42
9. Renault 0 0 0 0 0 0 0 0 0 0 2 0 2 0 0 2 6
10. Sauber 0 0 0 0 0 0 0 0 1 0 0 0 0 0 0 0 1
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*