13 Dekabr 2018, Cümə axşamı - 03:25

M.Ferstappen: “Bu gün qələbə mənim olmalı idi”

M.Ferstappen: “Bu gün qələbə mənim olmalı idi”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

23:41 - 11 Noyabr, 2018

Maks Ferstappen bu gün qələbəyə əsas namizəd olsa da, Esteban Okonla yaşanan insident nəticəsində qələbəni əldən verib.

F-1.az bildirir ki, yarışın finişindən sonra tərəzi otağında Estebanla münasibətləri aydınlaşdıran Maks fransalı sürücünün hərəkətlərindən narazılığını rəsmi yayımda da dilə gətirib…

Maks Ferstappen: “Heç bilmirəm nə deyim. Siz əlinizdən gələni edirsiniz, hamını keçirsiniz, sonra axmağın biri sizi vurub trasdan çıxarır.

Məncə, yarış gözlədiyimizdən yaxşı keçdi, maşın əla işləyirdi. Bundan başqa, komanda mənim üçün əla strategiya hazırlamışdı. SuperSoft-la tempimiz əla idi və mən bu təkərlərlə uzun məsafə qət etdim. Sonra isə… Bilmirəm nə deyim. Əlbəttə, ikinci olmağıma şadam, amma bu gün qələbə mənim olmalı idi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 203
Teqlər
Paylaş

logo