M.Ferstappen: İnanılmaz hissdir

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, poul qazandığı üçün xoşbəxtdir.

F-1.az xatırladır ki, niderlandlı sürücü Əbu Dabidə əzəli rəqibi Həmiltonu 0.3 saniyə qabaqlayaraq builki 10-cu poulunu qazanıb.

Maks Ferstappen: “İnanılmaz hissdir. Bu həftəsonu çox qeyri-stabil idik, amma sıralanma turunda bolidi yenidən təkmilləşdirdik. Hazırkı vəziyyətdən razıyam. İstədiyimiz bu idi. Lakin bunu əldə etmək asan olmur. Xüsusilə Mercedes-in son yarışlardakı performansını nəzərə alsaq, heç asan deyildi. Artıq yarışı gözləyirəm, çünki bu çox vacibdir.

Bu gün hər iki təkər növündə özümü yaxşı hiss etdim. Təbii ki, axşam hava daha sərin olacaq və Soft təkərlərlə başlamaq yaxşı ola bilər. Görək sabah nə olur. Yarışda əlimizdən gələni edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*