Red Bull RB14 trasa çıxıb

Red Bull reklam çəkilişləri üçün RB14-ü Silverstounda trasa buraxıb.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” həmişə bolidlərini ən son təqdim edən komandalardan olurdular. Buna görə də mövsümün ilk yarışlarında yaxşı nəticə göstərə bilmirdilər. Eyni halla üz-üzə qalmaq istəməyən Avstriya komandası RB14-ü testlərdən bir həftə əvvəl təqdim edib.

Komanda yeni rəng çalarlarını gizlətsə də, yeni bolidi Silverstounda yağışlı havada trasa çıxıb və sükan arxasına Daniel Rikkardo keçib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*