Emiliya Romanya-2022: Sprint yarışı

Bu il sprint yarışı olan 3 həftəsonu nəzərdə tutulub ki, bunlardan birincisi də elə İmolaya təsadüf edir. Hava şəraiti intriqanı artırıb. Cümə günü yağışlı, bu gün isə quru hava olduğundan, güc nisbətləri dəyişilib.

F-1.az xatırladır ki, bu il sprint yarışının xal sistemi dəyişdirilib. Keçən il ilk 3 yer tutan sürücü xal balansını artıra bilirdisə, indi bu ilk 8 yeri tutan sürücüyə şamil edilir. Amma yenə də sprint yarışında çox risk almaq yaxşı fikir deyil, burada baş verəcək qəza əsas yarışda sürücünün çox gerilərdən başlamasına səbəb ola bilər.

Dünən baş tutan ilk sərbəst yürüşlərdə Şarl Lekler hamıdan üstün olsa da, sprint yarışının start düzümünü müəyyən sıralama turunda əsas rəqibi Maks Ferstappenə məğlub olub. Çox əhəmiyyət daşımayan bugünkü məşqlərə isə Corc Rassell liderlik edib.

Start düzümü sıralanma turunun protokollarına uyğun olub – Ferstappen və Lekler birinci, Norris və Maqnussen ikinci cərgədən start alıblar. Burada pit-stop məcburi deyil və sürücülər istədikləri təkərləri seçə bilərlər. 21 dövrəlik və ya 30 dəqiqəlik yarışa isə bu trasda istənilən tərkib tab gətirə bilər. Nəticədə Maqnussen, Şumaxer və Latifi orta, qalanları isə yumşaq təkərləri seçib.

Startda Ferstappen ləngiyib, Lekler onu keçərək liderliyə yüksəlib. Sayns Fetteli qabaqlayıb, Həmilton 15-ci yerə geriləyib. Rikkardo Maqnussen və Peresin önünü kəsib. Qasli ilə Çjou toqquşub, çinli sürücü mübarizəni dayandırıb, Pyer isə sınmış asılqanı ilə boksa gəlib. Təhlükəsizlik Maşını trasa daxil olub. 2-ci dövrədə ilk onluq: Lekler – Ferstappen – Norris – Maqnussen – Peres – Rikkardo – Alonso – Sayns – Fettel – Bottas.

TM 5-ci dövrədə trası tərk edib. Lekler yerini qoruyub, Elbon komanda yoldaşını üstələyib. İki dövrə sonra Sayns Alonsonu geridə qoyub. Bir dövrə sonra Peres Maqnusseni, Həmilton isə Strollu qabaqlayıb. Bottas da Fetteli ötüb. 11-ci dövrədə Rikkardonun Maqnussenə hücumu öz bəhrəsini verib, Peres isə Norrisi keçib. Maqnussen Saynsdan da geri qalıb. 12-ci dövrədə ilk onluq: Lekler – Ferstappen – Peres – Norris – Rikkardo – Sayns – Maqnussen – Alonso – Bottas – Fettel.

Alonsoya ağ-qara bayraqlarla xəbərdarlıq edilib. Şumaxer Fetteli keçərək 10-cu yerə yüksəlib, Bottas da Alonsonu ötüb. Fettel Rassellə də keçilib. Sayns isə hər iki McLaren sürücüsünü geridə qoyaraq dördüncülüyə qədər qalxıb. Təkərlərini daha yaxşı qoruyan Ferstappen son dövrələrdə Leklerə DRS-dən istifadə etməyə imkan verəcək yaxınlaşıb və 20-ci dövrədə onu ötüb.

Maks Ferstappen mövsümün ilk sprint yarışının qalibi olub. Son dünya çempionu sabahkı əsas yarışda ilk cərgəni yenə Şarl Leklerlə bölüşəcək. Peres və Sayns ikinci cərgəni tutublar. Üçüncü cərgə isə McLaren sürücülərinindir.

Yer N Sürücü Komanda Zaman/Fərq Mövqe
1 1 Maks Ferstappen Red Bull 30:39.567 0
2 16 Şarl Lekler Ferrari + 0:02.975 0
3 11 Serxio Peres Red Bull + 0:04.721 0
4 55 Karlos Sayns Ferrari + 0:17.578 0
5 4 Lando Norris McLaren + 0:24.561 0
6 3 Daniel Rikkardo McLaren + 0:27.740 0
7 77 Valtteri Bottas Alfa Romeo + 0:28.133 0
8 20 Kevin Maqnussen Haas + 0:30.712 0
9 14 Fernando Alonso Alpine + 0:32.278 0
10 47 Mik Şumaxer Haas + 0:33.773 0
11 63 Corc Rassell Mercedes + 0:36.284 0
12 22 Yuki Tsunoda AlphaTauri + 0:38.298 0
13 5 Sebastyan Fettel Aston Martin + 0:40.177 0
14 44 Lyuis Həmilton Mercedes + 0:41.459 0
15 18 Ləns Stroll Aston Martin + 0:42.910 0
16 31 Esteban Okon Alpine + 0:43.517 0
17 10 Pyer Qasli AlphaTauri + 0:43.794 1
18 23 Aleksander Elbon Williams + 0:48.871 0
19 6 Nikolas Latifi Williams + 0:52.017 0

 

Sürətli dövrə: Serxio Peres (Red Bull) – 1:19.012 (14-cü dövrə, 223.667 km/s)

 

MÜBARİZƏNİ DAYANDIRAN:

Sürücü Komanda Dövrə Səbəb
Quanyu Çjou Alfa Romeo 1 qəza

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Пилот Страна Команда Очки
1 16 Şarl Lekler Scuderia Ferrari 78
2 55 Karlos Sayns Scuderia Ferrari 38
3 63 Corc Rassell Mercedes-AMG Petronas F1 Team 37
4 11 Serxio Peres Red Bull Racing 36
5 1 Maks Ferstappen Red Bull Racing 33
6 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 28
7 4 Lando Norris McLaren Racing 20
8 31 Esteban Okon Alpine F1 Team 20
9 77 Valtteri Bottas Alfa Romeo F1 Team ORLEN 14
10 20 Kevin Maqnussen Haas F1 Team 13
11 3 Daniel Rikkardo McLaren Racing 11
12 10 Pyer Qasli Scuderia AlphaTauri 6
13 22 Yuki Tsunoda Scuderia AlphaTauri 4
14 14 Fernando Alonso Alpine F1 Team 2
15 24 Quanyu Çjou Alfa Romeo F1 Team ORLEN 1
16 23 Aleksander Elbon Williams Racing 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Scuderia Ferrari Ferrari 116
2 Oracle Red Bull Racing Red Bull 69
3 Mercedes-AMG Petronas F1 Team Mercedes 65
4 McLaren F1 Team Mercedes 31
5 Alpine F1 Team Renault 22
6 Alfa Romeo F1 Team ORLEN Ferrari 15
7 Haas F1 Team Ferrari 13
8 Scuderia AlphaTauri Red Bull 10
9  Williams Racing Mercedes 1
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*