P.Verlyayn: “Mercedes-də yarışa bilməzdim”

Sauber komandasının sürücüsü Paskal Verlyayn etiraf edib ki, Mercedes-də yarışmaq onun üçün tezdir.

F-1.az xatırladır ki, Rosberq istefa verdikdən sonra Verlyayn onun yeri üçün real namizəd sayılsa da, Mercedes komandası Valtteri Bottası transfer etmişdi. Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirmişdi ki, almaniyalı sürücü təcrübəsiz olduğu üçün onu seçməyiblər.

Paskal Verlyayn: “Volff demək istəyir ki, birillik təcrübə bəs eləmir və bu doğrudur. Toto mənə “Düşünürük ki, daha çox təcrübə qazanmağın sənin xeyrinədir. Bir il bəs eləmir və sürücülər ikinci mövsümlərində daha çox inkişaf edirlər” dedi.

Mercedes tamamilə hazır sürücü istəyir. Hazırda təcrübəm lazımi səviyyədə deyil.

Əgər əlinizdə fürsət varsa, istifadə etməlisiniz. Məncə, bu yoxdur. Birillik təcrübə ilə limitdə sürmək çətindir. Bəzi səhvlərdən qaçmaq olmur. Təcrübəsiz olsanız, çox səhv edərsiniz. Beşillik təcrübəniz olsa, daha az səhv edərsiniz.

Bilirəm ki, Mercedes-də yarışmağa namizədəm. Amma buna fokuslanmıram. Qərarı mən vermirəm. Buna görə də idmana fokuslanmışam”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*