Toto Volff: “İlk dəfəyə görə hər şey sadəcə əla təşkil olunub. Bu baxımdan bu, ən yaxşı mərhələlərdən biridir, bəlkə də elə ən yaxşısıdır. Anlamaq vacibdir ki, bu, müvəqqəti trasdır. Onlar sürücülər üçün mürəkkəb bir şey qurublar – kiçik Makao və ya kiçik Monako, amma ötmələrlə alınmayıb.
Amma çətinlik də bundadır – uğurlu məkanda maraqlı konfiqurasiyaya malik trası bir araya gətirmək və onu elə qurmaq ki, çoxlu ötmə olsun.
Mən bu barədə trasın direktoru ilə danışmışam, onlar gələn il dəyişikliklərə tam açıqdırlar. O mənə dedi ki, bunu FİA ilə müzakirə edirlər, ötmələrin sayını artırmağın yolunu axtarırlar. Onlar çox yaxşı başa düşürlər ki, trasa düzəliş etmək lazımdır və buna hazırdırlar.
Məkan çox uğurludur. Biz düşünürük ki, gələn il burada bunun üçün yer olduğuna görə nə qədər daha çox tədbir və ya təqdimat keçirə biləcəyik, bu isə böyük nadir haldır”.





