Ə.Kauell Mercedes-dən ayrılır

Komandaya ardıcıl 6 titul qazanmaqda kömək etmiş turbo mühərrikləri yaradan Mercedes High Performance Powertrains (HPP) idarəedici direktoru iyulun 1-də vəzifəsindən gedəcək.

F-1.az bildirir ki, bundan sonra Formula1 üçün mühərriklərə cavabdeh şəxs Hayvel Tomas olacaq. Şirkət həm də idarərəetmədə yeni quruluşa keçəcək – Kauelli əslində 4 mütəxəssis əvəz edəcək. Qeyd edək ki, o, hələ yanvarda ayrılmaq istədiyini bildirmişdi. Təcrübəli mütəxəssis vəzifəsini tərk etdikdən sonra bir müddət keçid dövrünə nəzarət edəcək və ən azı gələn ilin əvvəlinə qədər Mercedes-də qalacaq.

Toto Volff: “Əndinin HPP-dakı liderliyi qazandığımız uğurlara təsir edən ən əsas amillərdən biridir. O, şirkətimizin avtoidman mirasına böyük töhfələr verib. 2013-cü ildən bəri mükəmməl əməkdaşlığımız olub və əminəm ki, özü üçün seçdiyi yeni rolda böyük uğurlar əldə edəcək”.

Əndi Kauell: “Mən əminəm ki, Hayvell və komandası şirkəti irəli apara biləcəklər. Mercedes-də işləmək, HPP-nın idarəedici direktoru olmaq mənim üçün böyük şərəfdir”.

Əndi hələ ki, başqa yerdən rəsmi dəvət almayıb, lakin onun hibrid güc qurğuları üzərində işləməyə davam edəcəyinə şübhə yoxdur. Sizcə növbəti iş yeri Ferrari ola bilər? Yoxsa bu, Toto Volffun gələcək planlarının bir parçasıdır?

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*