Mercedes yeni heyətini yanvar ayında açıqlayacaq

Mercedes AMG komandası bu gün bəyan edib ki, bu il heyətini açıqlamayacaq.

F-1.az xatırladır ki, Niko Rosberq istefasını elan etdikdən sonra onun yerinə namizədlərin sayı hər gün azalırdı və Mercedes Motorsport-un başçısı Toto Volff bildirmişdi ki, artıq son siyahıda cəmi üç sürücü qalıb.

Bu gün isə komanda rəsmi Twitter hesabında bildirib ki, yeni sürücünün adı bayramlardan sonra açıqlanacaq: “Biz bu gündən etibarən yanvarın 3-dək, yəni komanda bayramlardan qayıdıb işə başlayanadək heç bir bəyanat verməyəcəyik…”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*