Formula1-in yeni geyim təchizatçısı olacaq

Formula1 və Nike şirkəti əməkdaşlıq barədə razılığa gəliblər. Razılaşmaya əsasən, Amerikanın idman geyimi istehsalçısı Formula One Management (FOM) əməkdaşlarını palarla təmin edib. Müqavilə ilə bağlı rəsmi açıqlamanın Las Veqas Qran Prisi günlərində veriləcəyi gözlənilir.

GPBlog-un yaydığı məlumata görə, Nike yarış həftəsonlarında FOM əməkdaşlarının istifadə etdiyi bütün ekipirovkaya cavabdeh olacaq. Beləliklə, brend paddokda daimi və diqqətçəkən iştirak əldə edəcək.

Tərəflər arasında danışıqlar bir neçə ay davam edib. Nike rəhbərləri may ayında Mayamidə keçirilən Qran Pri yarışında iştirak edib, bundan əvvəl isə brend artıq Cadillac komandası ilə əməkdaşlığa başlayıb. Belə ki, Mayami mərhələsi zamanı Valtteri Bottas və Serxio Peres Nike ayaqqabısında görünüblər, komanda rəhbərlərinə isə Cadillac simvolikalı xüsusi Nike Dunk Low krossovkaları hədiyyə olunub.

Nike-ın Formula1-ə gəlişi digər iri idman brendlərinin də fəal şəkildə iştirakını genişləndirdiyi dövrə təsadüf edib. Puma artıq Formula1-in rəsmi geyimlərini istehsal edir və Ferrari, Aston Martin və McLaren-lə əməkdaşlıq edir, Mercedes və Audi isə Adidas-lə uzunmüddətli müqaviləyə malikdir.

Gözlənilir ki, Nike 2027-ci ildən etibarən Formula1-in rəsmi geyim təchizatçısına çevriləcək.

, ,