Toto Volff: “Bu il təhlükəsizlik avtomobili və VSC rejiminin tətbiqi səbəbindən hamıdan çox bəxtimiz gətirməyib. Amma bu gün yarış tanrıları bizim tərəfdə idi! Virtual Təhlükəsizlik Maşını rejimi tətbiq olunanda biz sözün əsl mənasında Kimini boksa gətirmişik. Təəssüf ki, McLaren üçün bəxt gətirmədi, halbuki onların tempi çox yüksək idi.
Amma Kimi sadəcə möhtəşəm sürdü! Bu gün bütün iş proseslərimiz əla keçdi, komandanın strateqləri isə VSC rejimi ehtimalını əvvəlcədən nəzərə aldılar. Onlardan kimsə dedi ki, Aston Martin-in yavaş maşını trasdan dəqiq tez götürülməyəcək – bu da bir daha hər şeyi yoxlayan və Kimiyə göstəriş verən Piter Bonninqton üçün siqnal oldu. Bütün bu danışıqlar üç saniyədən çox çəkmədi”.
Volffdan soruşublar ki, McLaren-in Lando Norris üçün pit-stop anını seçməsi onu təəccübləndiribmi? Mercedes komandasının rəhbəri belə cavab verib: “İki məktəb var və birincinin tərəfdarları üstün mövqeni itirsələr belə, pit-stop etməyə üstünlük verirlər.
İkincinin tərəfdarları isə qırmızı bayraqlara və ya hansısa qəzaya ümid edərək sürücüləri trasda bir qədər də uzun saxlayırlar. Güman edirəm ki, McLaren qələbə uğrunda mübarizə aparmağı hesablayıb və eyni sözü Ferrari barədə də demək olar.
Amma qələbənin taleyinin bir neçə düymlə həll olunması əladır. Finişə beş dövrə qalmış Kimi baryerə toxunanda və radio ilə komandadan maşının salamat qalıb-qalmadığını yoxlamağı xahiş edəndə, hətta düşünmüşdüm ki, yenə dəfələrlə olduğu kimi eyni şey təkrarlanır – yenə baryerlər bizə mane olur!
Görünür, Antonelli diqqəti lazım olan səviyyədə məhz bu yolla saxlaya bilir. Demək olar ki, Kimiyə gəncliyi çox kömək edir, axı onun cəmi 20 yaşı var. O, Formula1-də daha iyirmi il qala bilər, çünki qarşısında çoxlu imkan açılır. O, artıq həm bizim bütün gözləntilərimizi, həm də öz gözləntilərini üstələyir.
Kimi sadəcə onu götürmüş dalğanın üzəri ilə gedir, amma məncə, burada genetik amil də rol oynayır. Sən ya elə əvvəlcədən belə əla biri doğulursan, ya da yox. Təzyiq ona qəti təsir etmir – bu, onun kartinqdə və ya gənclər seriyalarında çıxış etdiyi vaxtlardan görünürdü. İndi isə o, ümumiyyətlə növbəti səviyyəyə çıxıb – və biz bunu Formula1 barədə deyirik, halbuki görürük ki, hətta Formula2-də də sürücülər təzyiq altında sınırlar.
Amma Kimi sadəcə öz işini görür. Startdan əvvəl ona demişik: “Yarış üçün tapşırıq sadəcə xallarla finişə çatmaqdır – istər 2-ci ol, istərsə də beşinci”. Amma o, həmişə çox sürətli gedir. Bununla belə, onun komanda yoldaşı Corc Rassell də əla sürət göstərə bilir və ümumilikdə komandamız irəliyə doğru addım atıb.
Biz tempi salmaq, sakitləşmək və çox tez dayanmaq istəmirik. Bu, yarışdır, bu, texniki idman növüdür və çempionatda vəziyyət sürətlə dəyişə bilər, ona görə də hələlik biz xallara heç baxmırıq”.





