K.Maqnussen: “Mercedes-in qarşısını ancaq Red Bull ala bilər”

Haas komandasının yeni sürücüsü Kevin Maqnussen bildirib ki, Mercedes-in hegemonluğuna ancaq Red Bull son qoya bilər.

F-1.az xatırladır ki, Mercedes son 3 ildə keçirilən 59 yarışdan yalnız 8-də qələbəni əldən verib. Amma bu ildən etibarən texniki reqlamentdə dəyişikliklər olacaq. Bolidlərdə aerodimik güc ön plana çıxacaq. Belə olan halda isə, mütəxəssislər Red Bull-un qələbə imkanlarını yüksək dəyərləndirirlər.

Kevin Maqnussen: “Red Bull böyük sürpriz edəcək. Qələbə üçün bir komandanın mübarizə aparmaması maraqlı olar. Ümid edirəm ki, Ferrari də güclü olacaq”.

Maqnussen əlavə edib ki, Haas hələ çox yol qət etməlidir və amerikanların rəqiblərinə nisbətən resursunun az olduğunu deyib: “Ən böyük mübarizəmiz hər şeyi başa düşməkdir. Çünki kiçik komandayıq və hər şeyi təhlil etmək üçün lazımi sayda işçimiz yoxdur. Çox işləməli və əlimizdəki imkanlarla ən yaxşı nəticəni almalıyıq. Yaxşı paket hazırlayacağımıza ümid edirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*