K.Maqnussen: Sıralanma turu vacibdir

Haas komandasının sürücüsü Kevin Maqnussen əmindir ki, Macarıstanda yaxşı həftəsonu keçirəcək.

F-1.az xatırladır ki, danimarkalı sürücü Macarıstanda yenilənmiş bolidlə mübarizə aparacaq.

Kevin Maqnussen: “Proqnozlara görə hava isti olacaq. Macarıstan çətin trasdır. Düzlüklər qısa olduğu üçün nəfəs almağa vaxtınız olmur. Fiziki cəhətdən bizi çətin yarış gözləyir. Avropadakı çox isti hava işləri daha da çətinləşdirir.

Bolid barədə danışsaq, hər şey qaydasındadır. VF-22 hər cür trasda yaxşı görünürdü. Buna görə də bolidə güvənirəm.

Bu trası sevirəm. Kartinq trasını xatırladır. Davamlı dönməlisiniz. Ötmə etmək çətin olacaq. Buna görə də sıralanma turu vacibdir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*