C.Batton: “Ferrari-də yarışa bilərdim”

Formula1 karyerasını bitirən Censon Batton bildirib ki, bir vaxtlar Ferrari-də yarışmaq istəyib.

F-1.az xatırladır ki, Formula1 karyerasını bitirən britaniyalı sürücü Williams, Renault, BAR, Honda, Brawn GP və McLaren komandalarında çıxış edib.

Britaniyalı son müsahibəsində bildirib ki, karyerasına yeni başlayanda Williams, McLaren və Ferrari-də yarışmaq istəyib. Batton Williams və McLaren-də yarışsa da, Ferrari-də yarışa bilməyib. Amma 36 yaşlı dünya çempionu bildirib ki, Ferrari-də yarışmaq şansı olsa da, bu doğru zamanda olmayıb: “Doğru zamanda olsaydı, Ferrari-də yarışmaq istərdim. Formula1 karyerama başlayanda 3 komandada yarışmaq istəyirdim. Onlar Williams, McLaren və Ferrari idi. Bunlardan ikisində yarışdım. Ferrari-də də yarışmaq şansım oldu, amma o vaxt ən yaxşı seçim McLaren idi”.

Batton gələn il səfir kimi McLaren komandasında qalacaq. Britaniyalının 2018-ci ildə qayıtmaq opsiyonu olsa da, bu gözlənilmir.

36 yaşlı sürücü yerini Stoffel Vandorna verib, amma o, Red Bull komandasındakı gəncləri daha istedadlı sayır: “Daniel Rikkardo və Maks Ferstappen. Maks güclü sürücüdür və əminəm ki, bir gün çempionluq uğrunda mübarizə aparacaq. Amma bu il Daniel Rikkardonun performansını artırması mənə həzz verdi, o daha yaşlı və təcrübəli sürücüdür. Təzyiqə tab gətirə bildi. Buna görə ona rəğbətim artdı. Həm də yaxşı insandır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*