F.Vassyör: Problem sazlanmalardadır

Ferrari komandasının rəhbəri Frederik vassyör bildirib ki, problem konseptdə deyil, sazlanmadadır.

F-1.az xatırladır ki, Ferrari sıralanma tempində Red Bull-a yaxın olsa da, yarışda “qırmızı öküzlər”ə böyük fərqlə uduzub. “Qırmızılar” təkər yeyilməsində ciddi problemlər yaşayıblar. Yekunda Karlos Sayns lider Ferstappendən 48 saniyə geridə qalaraq, 4-cü olub. Şarl Lekler isə mübarizəni vaxtından əvvəl dayandırıb.

Əksəriyyət düşünür ki, Ferrari konseptini dəyişməlidir. Çünki Mercedes güclənmək üçün konseptdə dəyişiklik etməyi planlaşdırır.

Frederik Vassyör: “Red Bull-u məğlub edəcəyimizə inanıram. Daha əvvəl sıralanma turunda rəqibin tempinə yaxın olib, yarışda geri qalan maşın görməmişəm. Bu boliddəki sazlanmalardan asılıdır. Bunun konseptlə heç bir əlaqəsi yoxdur. Buna görə də konseptdə dəyişiklik olmayacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*