23 Sentyabr 2019, Bazar ertəsi - 17:31

N.Rosberq: “Kimini qurban verdilər”

N.Rosberq: “Kimini qurban verdilər”

Müəllif: Rauf Hacıyev, redaktor

18:08 - 30 Mart, 2018

Formula1 üzrə 2016-cı ilin Dünya Çempionu Niko Rosberq bildirib ki, Ferrari Avstraliyada Fettelin qələbəsi üçün Rəykköneni qurban verib.

F-1.az xatırladır ki, “qırmızılar” iki sürücü üçün fərqli strategiya seçmiş və Fettel qalib gəldiyi halda, Rəykkönen üçüncü yerlə barışmalı olmuşdu. Rəykkönen isə yarışdan sonra komandasının bu barədə ona xəbər vermədiyini demişdi.

Niko Rosberq: “Yazıq Kimi. Sebastyana kömək etmək üçün ondan istifadə etdilər. Lakin Kimi yenə də qalib gələ bilməzdi. Buna görə də Ferrari-ni anlamaq olar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 282
Teqlər , , , , ,
Paylaş

logo