Ş.Lekler: Son addımı atmaq çətin olacaq

Ferrari komandasının sürücüsü Şarl Lekler düşünür ki, gələn mövsüm onların işi asan olmayacaq.

F-1.az xatırladır ki, Ferrari 2020 və 2021-ci illərdə qələbə qazana bilməsə də, bu il 4 yarış qazanıb və mövsümü ikinci yerdə bağlayıb.

Şarl Lekler: “Komanda keçən ilə nisbətən inkişaf edərək inanılmaz iş gördü. Amma əminəm ki, atmalı olduğumuz son addım digərləri qədər çətin olacaq. Xırdalıqları tapmaq, bazar günü güclü komanda olmaq və doğru qərarlar vermək çox vacibdir.

2022-ci ilin son üç yarışında bunların üzərində işlədik və bəzi addımlar atdıq. Lakin işləməliyik, çünki Suzukada təkər yeyilməsi ilə bağlı problem yaşayırıq. Bunun üzərində işləməliyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*