Renault: “Maldonado, biz sənin üçün darıxacayıq”

Renault komandası 2 ildir Enstoun zavodunda işləyən Pastor Maldonadoya təşəkkür edib...

F-1.az xatırladır ki, Maldonado 2014-cü və 2015-ci illərdə Lotus komandasında yarışıb. Amma 2016-cı ildə PDVSA Maldonadonun yarışması üçün lazım olan məbləği ödəyə bilməyib. Ona görə də venesuelalı sürücü Formula1-dəki yerini itirib. Yeni mövsümdə Maldonadonu Kevin Maqnussen əvəz edəcək.

Pastor Maldonadonun Formula1 karyerası 2011-ci ildə başlayıb. Venesuelalı sürücü 2011-2013-cü illərdə Williams komandasında yarışıb və daha sonra Lotus-a transfer olaraq burada 2 mövsüm keçirib.

Bildiyiniz kimi, keçən ilin sonunda Renault şirkəti Lotus komandasını satın alaraq, Formula1-ə qayıdıb.

Renault komandası Maldonadonun komandadan ayrılması ilə bağlı açıqlama verib: “İki ildir bizə sadiq qalan və bizə xidmət edən Maldonadoya ürəkdən təşəkkür edirik.

Onun performansı bəzən fanlar və şərhçilər tərəfindən tənqid edildi. Bütün bunlara baxmayaraq, o əsl dostdur, ağıllı və yumor hissi olan insandır.

Boliddən tam məhsuldarlıq almaq üçün gecə-gündüz işlədi. İki il boyunca əyləncəli anlar yaşadıq. Ona təşəkkür edirik. Maldonado üçün darıxacayıq!”

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*