14 Noyabr 2019, Cümə axşamı - 03:31

Renault Palmerin yerinə Vandorn və ya Okonu gətirə bilər

Renault Palmerin yerinə Vandorn və ya Okonu gətirə bilər

Müəllif: Elçin Zodorov, redaktor

20:25 - 17 İyul, 2016

Komanda hansı pilotla yarışacağına növbəti aylarda qərar verəcək.

F-1.az xatırladır ki, Renault ilin əvvəlində Lotus-u alaraq zavod komandası kimi Formula1-ə qayıtmışdı. Kevin Maqnussen və Colion Palmerlə yarışan komanda bu mövsüm yeganə xallarını Maqnussenlə Rusiyada almışdı. Colion Palmer isə ümidləri doğrultmur və buna görə də onun komandadan göndərilə biləcəyi deyilir. Komanda rəhbərliyinin daha gənc və istedadlı sürücü ilə yarışmaq istədiyi bildirilir.

Komandanın maraqlandığı sürücülərin siyahısına Esteban Okon başçılıq edir. O, yaxın günlərdə 2017-ci ildə Formula1-də yarışmaq istədiyini bildirmişdi. Lakin onun bu arzusunun Mercedes AMG ilə reallaşacağı heç də mümkün görünmür. Buna görə ə Mercedes AMG-nin Renault-nun Okonu istəyəcəyi halda onun yarışmağına icazə verəcəyi gözlənilir.

Əgər Okon olmasa, komandanın istədiyi digər gənc sürücü Stoffel Vandorndur. McLaren komandasının 2017-ci ildə Stoffeli yarışdırmağı düşündüyü məlumdur. Lakin komanda Battonla davam edərsə, Vandornun komandada qalacağı inandırıcı görünmür. Belə olacağı halda onun Renault-ya keçə biləcəyi deyilir. Vandorn özü də son çıxışlarından birində McLaren-lə yarışmaq mümkün olmasa başqa komandaya keçə biləcəyini demişdi.

Bu iddialarla bağlı suallara komandanın rəhbəri Frederik Vassyör qısa cavab verib: “Renault-nun rəhbərləri lazımi qərarı verəcəklər”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 343
Teqlər , , , ,
Paylaş

logo