19 Avqust 2019, Bazar ertəsi - 00:08

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 11-ci yazı – Ferrari 246 P

Ferrari-nin təkamülü (1950-2016-cı illər): 11-ci yazı – Ferrari 246 P

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:16 - 25 Yanvar, 2017

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 57 gün qalır – 57 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 11-ci yazımızda Entso Ferrarinin heç xoşlamadığı ilk arxamotorlu 246 P modelindən danışacağıq…

Motoru sürücüdən arxada yerləşən Cooper və Lotus maşınlarının üstünlüyünü görən Entso da öz maşınlarının konstruksiyasında dəyişiklik etməyə razılıq verdi. May ayında baş tutan Monako Qran Prisinə komanda eksperimental 246 P modelini hazırlamışdı – şassi cəmi bir nüsxədə hazırlandığı üçün onu trasda test etmək Riçi Qinterə həvalə olunmuşdu. Komandanın konstruktoru Karlo Kiti sükan arxasında daha təcrübəli və sürətli Fil Hill və ya Volfqanq fon Tripsin oturmasını istəsə də, əcaib görünüşə sahib olan 246 P Riçiyə qismət oldu.

Nəticə isə ürəkaçan deyildi – maşın rəqiblərindən çox ağır alınmışdı, idarəolunması isə çətin idi. Ona görə də komanda testlərid avam etdirmək üçün maşını aşağı seriyada – Formula2-də yoxlamağa davam etməyi qərara aldı. Gələn ildən çempionat yenidən 1.5 litrlik motorlara qayıtdığı üçün Ferrari Formula2-də perspektiv üçün çalışmağa başladı.

Formula2-də maşının debütü uğurlu keçdi – Ştutqart yaxınlığındakı Solityud trasında yeni maşının sükanı arxasına Volfqanq əyləşmişdi, müqayisə üçün isə Fil Hill motoru sürücünün önündə olan adi modelin sükanı arxasında oturmuşdu. Yekunda fon Trips inamlı qələbə qazandığı halda, Hill hər dövrədə ona 4 saniyə uduzmuşdu. Yarışı və maşının testlərini şəxsən izləyən Kommendatore təslim oldu – Karlo Kiti gələn il üçün hazırlıqlara başladı.

246 P isə daha bir dəfə Formula1 yarışında iştirak edə bildi – mövsümün sonuncu yarışında. Britaniya komandaları trasın təhlükəli olduğunu bildirərək yarışı baykot etdikləri üçün Montsaya gəlməmişdilər. Ona görə də Formula2 maşınları da starta buraxılmışdı. Bu dəfə də yeni maşını starta fon Trips çıxarmışdı.

 

FERRARİ 246 P

Ferrari 246 P

 

1960-cı il mövsümü Ferrari komandası üçün keçid xarakteri daşıyırdı. Komandanın qurucusu Entso ürəyini tutaraq, tərsliyindən dönərək, prinsipinə xəyanət edərək, titul uğrunda mübarizəyə qayıtmaq üçün yeni maşında motorxananı sürücünün arxasına keçirməyə icazə vermişdi.

Yığcam Cooper-Climax maşınının və Cek Brəbhəmin üstünlüyü Entsonu rahat buraxmırdı: 1960-cı ildə komanda 9 yarışdan 6-da qələbə qazanmışdı, daha iki qələbəni isə eyni quruluşda olan Lotus komandası qazanmışdı. Və yalnız mövsümün sonuncu yarışında Ferrari qələbəyə sevinmişdi.

Yuxarıda da qeyd etdiyimiz ki, bu qələbə məhz Britaniya komandalarının İtaliyaya gəlməməsi üzündən mümkün olmuşdu. Komandanın sürücüləri bütün podiumu zəbt etmişdilər. Amma bu qələbəyə baxmayaraq, Cek Brəbhəm ardıcıl ikinci titulunu qazandı.

Karlo Kittinin hazırladığı Ferrari 246 P modeli Montsada 5-ci nəticə göstərmişdi – qələbəni isə Fil Hill ənənəvi quruluşlu Ferrari 256 F1-lə qazanmışdı. Bu qələbə motoru sürücünün önündə olan maşınla qazanılmış son qələbə idi…

 

FERRARİ 246 P-NİN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari 246 P

 

MövsümQran PriStartPoulQələbəPodiumƏn yaxşı nəticə
1960-cı il220005

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Ferrari-nin təkamülü
Mənbə
Baxış Sayı 5. 858
Teqlər ,
Paylaş

logo