18 Avqust 2019, Bazar - 15:07

A.Covinatsi Ferrari ilə ilk testlərə çıxıb

A.Covinatsi Ferrari ilə ilk testlərə çıxıb

Müəllif: Rauf Hacıyev, redaktor

08:18 - 03 Fevral, 2017

2016-cı ildə GP2 üzrə vitse-çempion olmuş Antonio Covinatsi Formula1 bolidi ilə ilk testini edib. İtaliyalı sürücü Ferrari-nin 2015-ci il bolidinin sükanı arxasına keçib.

F-1.az xatırladır ki, Ferrari Covinatsini test sürücüsü kimi transfer edib. “Qırmızılar” qaydalara riayət edərək, gənc sürücünü 2015-ci ilin bolidi SF15-T-nin sükanı arxasına otuzdurublar.

Covinatsi test barədə təəssüratlarını bölüşüb: “Formula1 bolidini ilk dəfə idarə etdim. Həyəcanlı idi. İtaliyalı sürücünün Ferrari boksunda olması əladır. Test maraqlı idi və öyrənməli olduğumuz çoxlu şeylər var idi. Amma komanda mənimlə nəzakətli davrandı və çox kömək etdilər. Bu, işləri daha da asanlaşdırdı”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 449
Teqlər ,
Paylaş

logo