21 İyul 2019, Bazar - 10:36

Rəsmən: Ferrari yenidən FİA-ya müraciət edib

Rəsmən: Ferrari yenidən FİA-ya müraciət edib

Müəllif: Rauf Hacıyev, redaktor

21:57 - 17 İyun, 2019

Ferrari komandası Kanada yarışında Fettelin 5 saniyə cəza aldığı insidenti araşdırması üçün FİA-ya müraciət edib.

F-1.az xatırladır ki, almaniyalı sürücü Kanada yarışında trasa təhlükəli formada qayıtmış və Lyuis Həmiltonu divara sıxmışdı. İnsidenti araşdıran stüardlar almaniyalı sürücüyə 5 saniyə cəzası vermişdilər. Beləliklə, Fettel finiş xəttini daha əvvəl keçsə də, yarışı Həmilton qazanmışdı.

Ferrari əvvəlcə qərarı apellyasiyaya aparmaq istəsə də, reqlamentə əsasən zamanla bağlı verilən cəzalarda bu, keçərli deyil. Lakin ortaya yeni sübut çıxdığı halda, insident yenidən araşdırıla bilər. Bunun üçün komandalar 14 gün ərzində yenidən müraciət etməlidir. Ferrari də FİA-dan bu insidenti yenidən araşdırmasını tələb edib. Yeni sübutun nə olduğu barədə məlumat verilməyib. Stüardlar Fransa yarışından əvvəl dəlilin araşdırılıb-araşdırılmayacağına qərar verəcəklər. Əgər dəlillər keçərli olaraq qəbul olunsa, insident yenidən araşdırılacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 98
Teqlər ,
Paylaş

logo