M.Ferstappen: Üçüncü yer yaxşıdır

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Portimao yarışına üçüncü yerdən başlamaq yaxşı nəticədir.

F-1.az xatırladır ki, hollandiyalı sürücü sıralanma turunda Mercedes sürücülərinə yaxın olsa da, sonda üçüncü yeri tutub.

Maks Ferstappen: “Bütün həftəsonu ərzində yeni asfalt qatına görə təkərləri işçi rejiminə gətirmək çətin oldu. Bəxtə ehtiyacımız var idi. Son sessiyadan razı qaldım. Dövrəm çox yaxşı oldu. Ön təkərlərlə arxa təkərləri balansda saxlamaq çətin idi, ancaq üçüncü yer də pis deyil. Sabah görüləsi çox iş var. Ümid edirəm ki, öndəkilərə yaxın olaram.

Birinci döngədə hücum etmək mümkünsüz olacaq. Ancaq təkərlər barədə məlumatımız olmadığı üçün pit-stopa nə zaman gedəcəyimizi bilmirik. Görək nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*