A.Stella yeni vəzifəyə təyin olunub

McLaren komandası baş mühəndisləri olan Andrea Stellanı yarış direktoru vəzifəsinə gətirib.

F-1.az xatırladır ki, Britaniya komandası uzun müddətdən sonra 2019-cu ildə yaxşı performans göstərərək, Mühəndislər Kubokunda dördüncü olub. Lakin komandanın rəhbəri Andreas Zaydl boş dayanmır və Andrea Stellanı komandanın yeni yarış direktoru kimi təyin edib. İtaliyalı mühəndis yarış həftəsonlarında həm yarış mühəndisliyi edəcək, həm də əməliyyat işlərinə nəzarət edəcək. Bundan əlavə əvvəlki mühəndislik vəzifələrini də yerinə yetirəcək və Ceyms Ki ilə işləyəcək.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*