McLaren-ə şassidə dəyişiklik etməyə icazə verilib

Komandalar məsrəfləri azaltmaq məqsədilə 2020-ci və 2021-ci illər arasında şassi üzərində təkmilləşmə işlərini məhdudlaşdırmaq barədə razılığa gəlmişdilər, lakin McLaren komandasına dəyişiklik üçün icazə verilib.

F-1.az xatırladır ki, yeni reqlamentin tətbiqini 2022-ci ilədək təxirə salaraq 2021-ci ildə elə builki maşınlarla yarışmaq barədə razılaşmışdılar. Eyni zamanda, hazırkı şəraiti və maliyyə çətinliklərini də nəzərə almaqla, maşınlarda dəyişiklik edilməyəcəyi qərara alnımışdı.

Amma McLaren komandası dərhal bildirmişdi ki, Mercedes güc qurğusuna keçid barədə müqavilə təxirə salınmayıb və 2021-ci ildən bu güc qurğularına keçid üçün şassidə bəzi dəyişikliklər edilməlidir. Bu gün əldə olunan razılığa əsasən, komanda maşının arxa hissəsini yeni güc qurğusuna uyğunlaşdırmaq üçün bəzi dəyişikliklər edəcək…

Andreas Zaydl: “Hazırda idmanımız çox çətin vəziyyətə düşüb. Yeni reqlamentin təxirə salınması barədə qərar həm Formula1-in uzunmüddətli perspektivlərinin yaxşılaşdırılmasına yönəldildilib, həm də ümumi maraqlara xidmət edir.

Komandaların maliyyə sabitliyini qorumağın nə qədər vacib olduğunu başa düşürük və təxirə salmağın tərəfdarıyıq, amma bu qərar Mercedes güc qurğularına keçməyimizə təsir etməyəcək – uyğunlaşdırmaq üçün maşının dizaynına lazımi dəyişikliklər etməyə bizə icazə verilib”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*