A.Zaydl: Alpine-in problemləri bizə maraqlı deyil

McLaren komandasının rəhbəri Andreas Zaydl bildirib ki, Alpine-nin problemləri onu maraqlandırmır.

F-1.az xatırldır ki, Alpine komandası bu il etibarsızlıq probleminə görə çox xallar itirib.

Andreas Zaydl: “Düzünü desəm, Alpine-nin problemləri bizim üçün heç nəyi dəyişdirmir. Onlarla aramızdakı mübarizə çox yaxındır. Son altı yarışda biz dörd dəfə öndə olduq. Onlar isə iki dəfə… Şəraitdən asılı olaraq gah onlar öndə olur, gah da biz. Etibarlılıq burada vacib rol oynayır.

Sadəcə öz performansımıza köklənməliyik. Hər iki sürücü ilə də xallar qazanmalıyıq. Tamamilə buna fokuslanmışıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*