L.Norris sevinir

McLaren komandasının sürücüsü Lando Norris xal qazandığı üçün sevinclidir.

F-1.az xatırladır ki, ilk yarışda xalsız qalan McLaren, ikinci yarış Ciddədə Rikkardo ilə problem yaşasa da, Lando Norris təhlükəsizlik maşınının köməyi ilə 7-ci olaraq, komandasına mövsümdəki ilk xalları qazandırıb.

Lando Norris: “Yarışın əvvəlində zəif idik. Təkərləri qızdırmaqda çətinlik çəkdim. Ancaq təhlükəsizlik maşını rejimi aktivləşəndə pitə gəldik və bu da bizə xal qazanmağa kömək etdi. Bu da planımızın əsas parçası idi.

Yarışın sonlarında Hard təkərlərlə tempimiz yaxşı idi. Qaslini, Danieli keçdim və Estebana çatdım. Ancaq onlar düzlükdə sürətlidirlər. Cəhd eləsəm də, onu keçə bilmədim.

Burada rəqibi izləmək keçən ilə nisbətən asandır. Eyni zamanda bu pis haldır. Çünki önə keçəndə rəqibin əks hücum etməsi asanlaşır. Maks və Şarl arasında da bunu gördük. Bu da yarışa həyəcan verir.

Yeddinci yer bizim üçün əla nəticədir. Sevinə bilərik, amma görüləcək işimiz çoxdur. Ön qrupa yaxınlaşmaq üçün inkişaf etməliyik. Bazada hamı çox işləyir. Yeniliklər tapırlar. Onuncu yeri tutub 1 xal almaqdansa, yeddincilik yaxşıdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*