McLaren Nik de Frizi yarışdıracaq?

McLaren komandasının sürücüsü Lando Norris biryarışlıq öz yerini nik de Frizə verə bilər.

F-1.az xatırladır ki, zəhərlənən britaniyalı sürücü mətbuat konfransında iştirak etməyəcək. Onun sərbəst yürüşlərə qədər hazır olacağı müəmmalıdır. McLaren komandası da gənc sürücünün vəziyyətinin pis olduğunu deyib. Hazırda “narıncılar”ın düşərgəzində narahatlıq hökm sürür, çünki sprint yarışına hazırlanmaq üçün onların vaxtları azdır.

Bu səbəblərə görə McLaren bu yarış üçün sükan arxasına Nik de Frizi keçirməyə hazırlaşır. Komandanın əlində Ştoffel Vandorn və Pol di Resta kimi alternativlər olsa da, onlar niderlandlı sürücünü seçiblər.

Xatırladaq ki, Friz bu il İtaliya yarışında Aleks Elbonu əvəzləmiş və o yarışdan xallarla ayrılmışdı.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*