18 Fevral 2019, Bazar ertəsi - 08:55

Ferrari və McLaren çarpma testlərindən keçiblər

Ferrari və McLaren çarpma testlərindən keçiblər

Müəllif: Rauf Hacıyev, redaktor

10:11 - 17 Yanvar, 2019

Ferrari və McLaren komandaları FİA-nın icbari çarpma (krəş) testlərindən keçiblər.

F-1.az xatırladır ki, indiyə kimi çarpma testlərindən keçən yeganə komanda Toro Rosso idi. Lakin Ferrari də bu testi tamamladığını təsdiqləyib və bu proses FİA-nın texniki nümayəndəsi olan Bauerin nəzarəti altında həyata keçirilib. McLaren də keçən həftə Kranfilddə çarpma testlərindən keçib.

Qeyd edək ki, McLaren 2019-cu il bolidini fevralın 14-də, Ferrari isə britaniyalılardan bir gün sonra – 15-də təqdim edəcək.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 245
Teqlər , ,
Paylaş

logo