C.Əllison: “Ferrari səhvlərdən dərs çıxardı”

Ferrari komandasının texniki direktoru Ceyms Əllison bildirib ki, Ferrari Barselonadakı problemlərdən dərs çıxarıb və onlar Monakoda daha yaxşı bir həftəsonu gözləyirlər.

F-1.az xatırladır ki, Ferrari komandasının sürücüləri İspaniya QP-nin sıralanma turunda Red Bull sürücülərinin gerisində qalmışdılar və bunla da qələbəni avstriyalılara hədiyyə eləmişdilər. Komanda bu performansından sonra Barselonadakı mövsümiçi testlərdə Fettellə bəzi yeniliklər yoxlayıb.

Əllison düşünür ki, bu testlərin hesabına hər şey yoluna düşəcək: “Barselonadakı testlərdə bəzi yenilikləri və sazlanmaları yoxlamaq fürsətimiz oldu.

Testlər bizim üçün uğurlu keçdi. Bəzi sahələrdə təkmilləşdik və bu sevindirici haldır. Bu testlərdən bəzi dərslər çıxardıq və bunu Monakoda tətbiq edəcəyik.

Burada sıralanma turunda yaxşı yer tutmaq qələbə qazanmaq üçün çox vacibidr. Buna görə də hər hansı bir səhvi qəbul edə bilmərik. Ən xırda səhv bütün həftəsonunu məhv edə bilər.

Bu tras maksimum asfalta yatma qüvvəsi tələb edir. Döngələr qısa və dardır. Ən güclü asfalta yatma qüvvəsi olan bolidlər burada ön plana çıxır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*