Ferrari 2022-ci il bolidinin təqdimat tarixini açıqlayıb

Ferrari komandası 2022-ci il bolidini Barselonada qış testlərinin ərəfəsində təqdim edəcək.

 

F-1.az xatırladır ki, gələn ildən etibarən idmanda yeni texniki reqlament olacaq və bolidlərin quruluşu dəyişiləcək.

Ferrari 2020-ci il mövsümündə bərbad performans göstərərək, son 40 ildəki ən pis nəticəsini əldə etmiş və 6-cı olmuşdu. Lakin “qırmızılar” bu il daha yaxşı performans göstərərək, mövsümü üçüncü yerdə bağlayıb.

Mattia Binotto: “Yeni bolid fevral ayının ortasında təqdim ediləcək. Hələ dəqiq vaxt yoxdur. Fevralın 16-18-də olacaq, amma daha dəqiq tarixi növbəti həftələrdə dəqiqləşdirəcəyik.

Rəqiblərimizə bağlı hər hansı bir fikrimiz yoxdur. İşin ən çətin tərəfi də budur. Onların nə etdiyi barədə heç nə bilmirik. Lakin biz plana uyğun hərəkət edirik. Reqlamentdəki dəyişikliklər bizim üçün böyük fürsətdir.

Büdcə limiti bizim üçün çətin olacaq. Buna baxmayaraq, komanda yaxşı təşkilatlanıb və yaxşı işləyirlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*